Vulin ABŞ-ı Serbiyanı idarə etmək cəhdlərindən çəkinməyə çağırıb

17 Sentyabr 2024 19:26 (UTC+04:00)

Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirib ki, ABŞ xarici ölkəni idarə etmək cəhdindən çəkinsə, daha yaxşı olar.

Bu barədə "rtrs.tv" telekanalı məlumat yayıb.

“Birləşmiş Ştatlar Serbiyanı idarə etmək cəhdlərindən, xüsusən də Kosovoda serblərə qarşı zorakılıqda Albin Kurtiyə (Kosovo siyasətçisi - Red.) bəzən açıq, bəzən də gizli dəstək verməkdən çəkinmək daha yaxşı olardı”, - Vulin vurğulayıb.

Baş nazirin müavini həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar 1999-cu ildə BMT Təhlükəsizlik Şurasının razılığı olmadan bombardmanlardan çəkinsəydi, nə Kosovo, nə də serblərin qovulması olardı.

Mövsüm

Aznews.az