Livanda peycerlərin partlaması nəticəsində yaralıların sayı 1,5 min nəfərə çatıb

17 Sentyabr 2024 19:36 (UTC+04:00)

Livanda peycerlərin partlaması nəticəsində 1500 nəfər yaralanıb, on yaşlı qız da daxil olmaqla daha beş nəfər həlak olub.

Bu barədə "Sky News Arabia" məlumat yayıb.

Onun sözlərinə görə, partlayışların birində Livanın silahlı qruplaşması “Hizbullah”ın parlament üzvünün oğlu həlak olub, digər hərəkat rəsmilərinin övladları, o cümlədən ağır yaralanıb.

İRNA xəbər verir ki, partlayış zamanı da yaralanan İranın Livandakı səfiri Müctəba Əmani xəstəxanaya aparılıb. Diplomatın vəziyyəti yaxşıdır, həyatı üçün təhlükə yoxdur.

Mövsüm

AzNews.az