Nexta: Norveçdə seziumun radioaktiv izotopunun izləri aşkar edilib

17 Sentyabr 2024 20:07 (UTC+04:00)

Norveçdə seziumun radioaktiv izotopunun izləri aşkar edilib.

Bu barədə "Nexta" telekanalı Norveçin Radiasiya və Nüvə Təhlükəsizliyi Agentliyinə istinadən X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat yayıb.

Ölkənin şimalındakı sərhəd bölgəsində sezium-137-nin mənşəyinin məlum olmadığı bildirilib. Lakin radioaktiv izotopun uzaqdan gəlmə ehtimalını istisna etmək olmaz.

Telekanal xəbər verir ki, bundan əvvəl 2020-ci ildə Svanhovd və Vikşefyeldə havada süni mənşəli yod-131 izotopları aşkar edilib.

Mövsüm

AzNews.az