Tayvanın "Gold Apollo" şirkəti şiə Hizbullah hərəkatının üzvlərinə satılan və Livanda partlayan peycerlərin Macarıstandakı ortağı BAC tərəfindən hazırlanaraq satıldığını bildirib.
Bu barədə Fransanın "Le Figaro" qəzeti məlumat yayıb .
Günün əvvəlində Qızıl Apollonun qurucusu Su Qingquan, şirkətin Livanda partlayan AR924 peycerinin dizaynında və istehsalında iştirak etmədiyini və BAC-a müəyyən bölgələrdə məhsul satmaq üçün markadan istifadə etməyə icazə verdiyini söyləyib.
"Məhsulların inkişafı və istehsalına görə məsuliyyət yalnız BAC-ın üzərinə düşür", - sahibkar vurğulayıb.
Mövsüm
AzNews.az