Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozef Borrell bildirib ki, Gürcüstanda qəbul edilən qanun LGBT təbliğatına qadağa ölkəni ittifaqa üzv olmaqdan daha da uzaqlaşdırır.
O, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) danışıb.
"Gürcüstan parlamenti ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı qanunlar qəbul edib ki, bu da insanların fundamental hüquqlarını pozan, ayrı-seçkiliyi və damğalanmağı artırır", - Borrell yazıb.
Bundan əlavə, o, Gürcüstanı qanunu geri götürməyə çağırıb, çünki bu, “ölkəni Aİ-yə üzvlük yolundan daha da uzaqlaşdırır”.
Mövsüm
AzNews.az