Çin ABŞ-ı Yaponiya ərazisində Amerikanın orta və qısa mənzilli raketlərini (INF) yerləşdirmək planlarından imtina etməyə çağırır.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian məlumat verib.
“Biz ABŞ-ı Yaponiyada (INF) yerləşdirməklə bağlı müvafiq planlardan imtina etməyə çağırırıq və müvafiq ölkələrə Birləşmiş Ştatların əsl məqsədini aydın şəkildə başa düşməyi tövsiyə edirik”, - deyə "China News" diplomatdan sitat gətirib.
Onun sözlərinə görə, silahların yerləşdirilməsi regionda gərginliyi artırır, regional sülh və təhlükəsizliyi təhdid edir və qlobal strateji tarazlığı və sabitliyi pozur. O qeyd edib ki, Çin müvafiq inkişaflara xüsusi diqqət yetirəcək və öz təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacaq.
Mövsüm
AzNews.az