Estoniya Finlandiya körfəzində Rusiya donanmasının qarşısını almaq planını açıqlayıb

18 Sentyabr 2024 19:00 (UTC+04:00)

Finlandiya və Estoniya dəniz müdafiəsi sahəsində əməkdaşlığı inkişaf etdirir və Rusiya donanmasının Finlandiya körfəzində hərəkətini qadağan etmək üçün konkret planlar hazırlamalıdır.

Bu barədə Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo məlumat verib.

Onun sözlərinə görə, hazırda NATO ölkələrinin əsasən Finlandiya körfəzinə nəzarət etməsi “qonşu problemi"dir. Eyni zamanda o, Rusiyanı “düşmən” adlandırıb.

"Dəniz müdafiəsi Finlandiya və Estoniyanın əməkdaşlığını artırmağa davam edəcəkləri bir şeydir və bəlkə biz, sözün əsl mənasında, Baltik dənizində düşmən fəaliyyətlərini tamamilə qadağan etmək üçün daha konkret planlar hazırlaya bilərik", Merilo qeyd edib.

Mövsüm

AzNews.az