İkinci Şəhidlər Xiyabanda antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların anım tədbiri keçirilib

19 Sentyabr 2024 10:08 (UTC+04:00)

Ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların anım tədbiri keçirilib.

"AzNews.az" xəbər verir ki, İkinci Şəhidlər Xiyabanda keçirilən tədbirdə onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin dövlət himni səsləndirilib.

Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından sonra bölgə separatist terrorçulardan təmizlənib.