Aİ enerji infrastrukturunun bərpası üçün Ukraynaya 160 milyon avro ayıracaq

19 Sentyabr 2024 15:12 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturunun bərpası üçün Ukraynaya 160 milyon avro ayıracaq .

Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen məlumat verib.

Onun sözlərinə görə, 160 milyon avronun təxminən 100 milyon avrosu dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən götürülüb. Onun sözlərinə görə, bu məbləğin bir hissəsi Ukraynanın müdafiəsinə, bir hissəsi isə enerji təchizatına yönəldiləcək.

“Ukraynaya enerji təhlükəsizliyinə ən azı 2 milyard avro dəstək verilib, o cümlədən Ukrayna Enerji Dəstəyi Fondu və Aİ-nin Mülki Müdafiə Mexanizmi”.

Mövsüm

AzNews.az