Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
O, 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinə 140 minə yaxın müxtəlif tipli pilotsuz uçuş aparatı verildiyini söyləyib.
Vladimir Putin bildirib ki, bu il PUA istehsalının əvvəlki illə müqayisədə təxminən 10 dəfə artırılması planlaşdırılır.
“Ümumilikdə, 2023-cü ildə Silahlı Qüvvələrə 140 minə yaxın müxtəlif təyinatlı pilotsuz uçuş aparatı verilib. Bu il dronların istehsalının əhəmiyyətli dərəcədə, daha dəqiq desək, təxminən 10 dəfə artırılması planlaşdırılır. Bundan əlavə, pilotsuz sistemlər xətti genişlənir, ekipajsız katerlər, çoxməqsədli tətbiqlər üçün robotlaşdırılmlş platformalar yaradılır. Onların əksəriyyəti təmas xəttində yerləşən qoşunlara göndəriləcək”, - deyə Putin vurğulayıb.
Rusiya prezidenti əlavə edib ki, dronların seriya istehsalı üzrə işlər xüsusi mərkəzlərdə aparılacaq, belə mərkəzlərin sayı 48 olacaq.