Stoltenberq: NATO-nun Çinlə münasibətlərdə təhlükəsizlik maraqlarını qurban verməsi lazım deyil

19 Sentyabr 2024 19:51 (UTC+04:00)

Alyans Çinlə əməkdaşlıq edərkən təhlükəsizlik maraqlarını qısamüddətli iqtisadi faydalar üçün qurban verməməlidir.

Bu barədə Alyansın səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq Brüsseldə vida nitqində bildirib.

Siyasətçinin fikrincə, NATO-nun müstəqilliyi azad ticarətdən daha yüksək prioritetdir.

"Biz qısamüddətli iqtisadi maraqlar üçün uzunmüddətli təhlükəsizlik maraqlarını alver etməməliyik",- deyə alyansın baş katibi qeyd edib.

Mövsüm

AzNews.az