RF XİN: Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq

20 Sentyabr 2024 14:18 (UTC+04:00)

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qərbçilər” və “NATO”çuların apardıqları bütün bu eksperimentlər - xüsusilə söhbət Cənubi Qafqaz ölkələrindən gedirsə, bu, münaqişənin həllinə yox, kəskinləşməsinə gətirib çıxarır. Odur ki, Qərbdən silah alarkən sual yaranır – bu, nəyə gətirib çıxaracaq? Regiona, həmin ölkəyə sülh gətirəcəkmi? Bəlkə də, daha çox eskalasiyaya səbəb olacaq”, - o, bu gün keçirdiyi brifinqdə vurğulayıb.