Norveç Ukraynaya dəstəyi 2030-cu ilə qədər uzatmağı planlaşdırır

20 Sentyabr 2024 19:09 (UTC+04:00)

Norveç Ukraynaya dəstək proqramını daha üç il uzatmağı və bunun üçün büdcəni artırmağı planlaşdırır.

TV2 bu barədə baş nazir Conas Qahr Store-nin bəyanatına istinadən məlumat yayıb.

Hökumətin təklifində nəzərdə tutulub ki, mövcud beşillik proqram 2027-ci ildə deyil, 2030-cu ildə başa çatacaq.

Kiyevə illik yardım ən azı 15 milyard Norveç kronu (1,4 milyard dollar) təşkil edəcək. Bütün dövr üçün onun ümumi həcmi indiki 75 milyard (7,1 milyard dollar) əvəzinə 135 milyard kron (12,8 milyard dollar) təşkil edəcək.

Mövsüm

AzNews.az