Ukraynada siyasətçilərə rəsmi cihazlarda Telegram-dan istifadə qadağan edilib

20 Sentyabr 2024 19:15 (UTC+04:00)

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) Teleqram messencerindən dövlət rəsmiləri və hərbçilərin rəsmi cihazlarda istifadəsini qadağan etmək qərarına gəlib.

Bu barədə idarənin saytında məlumat verilib.

Bildirilir ki, sentyabrın 19-da Milli Kibertəhlükəsizliyin Koordinasiya Mərkəzinin (NCCC) iclası keçirilib və iclasda Teleqram-dan istifadə ilə bağlı ölkənin kibertəhlükəsizliyinə, xüsusən də xüsusi hərbi əməliyyat (SVO) zamanı yaranan təhdidlər müzakirə edilib. İclasda əsas dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

“Bu təhdidləri minimuma endirmək üçün dövlət qulluqçularının, hərbi qulluqçuların, təhlükəsizlik və müdafiə sektoru işçilərinin, habelə mühüm infrastrukturu olan müəssisələrin rəsmi cihazlarında Teleqram-ın quraşdırılması və istifadəsinin qadağan edilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.

Mövsüm

AzNews.az