Ağ Ev İsrailə dəstəyini bir daha təkrarlayıb.
Bu dəfə Ağ Evin mətbuat katibi Jan-Pyer kameralar qarşısına keçib.
Gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran sözçü ABŞ-ın İsrailə dəstəyindən danışıb.
Yaxın Şərqdə "gərginliyin" artmasından sonra ABŞ-ın İsrailə silah dəstəyinin dayandırılması tələbləri ilə bağlı suala Jan-Pier " ABŞ siyasətinin dəyişmədiyini" bildirib .
“İSRAİLİN TƏHLÜKƏSİZLİYİNƏ SADİQİK”
Sözçü Jean-Pierre, "İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır və bu, dəyişməyib. Biz İsrailin təhlükəsizliyini dəstəkləməyə davam etməyə sadiqik",- deyə qeyd edib.
Jean-Pierre də bölgədə " diplomatik həll" görmək istədiklərinə diqqət çəkərək , "Bunun əldə olunacağına inanırıq və bu şəkildə davam etmək istəyirik",- deyə vurğulayıb.
Mövsüm
AzNews.az