Hizbullah İsrail ordusunun Eyn-Zeytimdəki qərargahına hücum edib

20 Sentyabr 2024 19:28 (UTC+04:00)

Şiə milisləri Hizbullahın silahlı birləşmələri Eyn-Zeytimdəki İsrailin Şimal Korpusunun komandanlıq qərargahına raket zərbəsi endirib.

Bu barədə qurumun Teleqram kanalında məlumat verilib.

Açıqlamaya görə, müqavimət döyüşçüləri Kibbutz Meişarda İsrail Müdafiə Qüvvələrinin hərbi kəşfiyyat qərargahının yerləşdiyi binaya atəş açıb. Bundan əlavə, Meron aviabazasına və Tzfat (Safed) şəhərinin şimal-şərqində yerləşən Kibbutz Ayelet HaShahardakı 91-ci ərazi diviziyasının səhra düşərgəsinə zərbələr endirmək üçün çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə edilib.

Açıqlamada şiə bölmələrinin bu əməliyyatları İsrail Hərbi Hava Qüvvələrinin Livanın məskunlaşdığı məntəqələrə endirdiyi zərbələrə cavab olaraq həyata keçirdiyi bildirilib.

Mövsüm

AzNews.az