Finlandiya Ukrayna ilə bağlı planından LGBT yardımının daxil edilməsinə görə imtina edib

20 Sentyabr 2024 19:42 (UTC+04:00)

Finlandiya Ukraynanın "inklüziv bərpası" proqramında iştirak etməkdən imtina etdi , çünki bu proqramda cinsi azlıqlara dəstək daxildir.

MTV bu barədə Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavioya istinadən məlumat yayıb.

“Bir neçə rəsmi mənbəyə görə, Xarici Ticarət və İnkişaf Naziri Ville Tavio Finlandiyanın [Şimali Atlantika] ittifaqından kənarda qalacağına qərar verdi, çünki o, həm də LGBTİQ+, yəni gender və cinsi azlıqların işini təbliğ etmək niyyətindədir”,- TV yazır.

Tavionun özünün dediyinə görə, ölkə plandan LGBT yardımı ilə bağlı bənd istisna olunmaq şərti ilə bu plana qoşulmağa hazırdır.

Mövsüm

AzNews.az