“Boris” qasırğası İtaliyanı vurdu

20 Sentyabr 2024 20:18 (UTC+04:00)

İtaliya Boris fırtınası ilə mübarizə aparır.

İtaliyanın şimalındakı Emilia-Romanya bölgəsində böyük dağıntılara səbəb olan fırtına səbəbindən minlərlə insan evlərindən təxliyə edilib.

İtaliya Xilasetmə Qrupu tərəfindən verilən açıqlamada 2 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.