Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edirik

24 Sentyabr 2024 19:22 (UTC+04:00)

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Ankara tərəflər arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edir: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması bizimlə Ermənistan arasında əlaqələrə də təsir edəcək”.