Yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır - Türkiyənin BMT-dəki nümayəndəsi

25 Sentyabr 2024 09:21 (UTC+04:00)

Nəyin bahasına olursa olsun, Ukraynadan keçən və uzunmüddətli qlobal qarşıdurma təhlükəsi yaradan yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır.

“Report” xəbər verir ki, bu sözləri Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız təşkilatın Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı deyib.

Diplomat qeyd edib ki, eskalasiya təkcə Avropanı deyil, həm də qlobal sabitliyi təhdid edir. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin indiyədək münaqişənin dayandırılması üçün gördüyü tədbirlər hələ ki, nəticə verməyib.

“Mövcud şəraitə baxmayaraq, münaqişənin hər iki tərəfini diplomatik yolu canlandırmaq üçün təşviq etmək vacibdir. Təəssüf ki, münaqişə üç ildir ki, davam edir və heç bir son perspektivi görünmür. Bundan əlavə, nəzarətsiz bir eskalasiya var”.