Ərdoğan Paşinyana bu kitabı hədiyyə edib

25 Sentyabr 2024 09:25 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu Yorkda səfərdə olan Ərdoğan Ermənistanın baş naziri Paşinyanı qəbul edib.

AzNews.az xəbər verir ki, qəbul mətbuata qapalı keçib və Ərdoğan Paşinyana “Daha ədalətli bir dünya mümkündür” adlı kitabını hədiyyə edib.

Prezident Ərdoğanın Paşinyanı qəbul etməsi ilə bağlı yayılan rəsmi açıqlamaya görə, görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.

AzNews.az