DİN “Tost” maliyyə piramidası ilə bağlı araşdırmaya başlayıb

25 Sentyabr 2024 10:43 (UTC+04:00)

“Tost” maliyyə piramidası ilə bağlı araşdırma başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

"İnternet resurslarında “Tost” maliyyə piramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - məlumatda vurğulanıb.