Putin Rusiyada keçiriləcək BRİKS sammitində Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini bildirib

25 Sentyabr 2024 20:06 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Kazan şəhərində keçiriləcək BRİKS sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini bildirib.

"Xahiş edirəm, Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğana ən xoş arzularımı çatdırın. Mən onunla Rusiyada- Kazanda görüşməyi səbirsizliklə gözləyirəm. Düşünürəm ki, oktyabrın 23-də bizim onunla ikitərəfli görüşümüz nəzərdə tutulub”, - Putin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə deyib.

Mövsüm

AzNews.az