EBRD Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb

26 Sentyabr 2024 10:07 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2024-cü ildə Azərbaycanın iqtisadi artım ilə bağlı proqnozunu may ayındakı 3,1 %-dən 3,8 %-ə yüksəldib.

Bu barədə Bankın bu gün dərc edilmiş regional icmalında bildirilir.

EBRD-nin Azərbaycanın 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozu isə dəyişməyərək 2,7 % qalıb.

"Güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2024-cü ilin I yarısında Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20 %-i ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib", - bank vurğulayıb.