Kristina Martinez: COP29-un Paris İqlim Sazişinin icra edilməsində mühüm rolu olacaq

26 Sentyabr 2024 11:27 (UTC+04:00)

Ümid edirəm ki, COP29-un Paris İqlim Sazişinin icra edilməsində mühüm rolu olacaq.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ofisində dayanıqlı müəssisə və "yaşıl" iş yerlərinin yaradılması üzrə baş mütəxəssis Kristina Martinez deyib.

O qeyd edib ki, COP29 qlobal iqlim dəyişikliyi probleminə həsr olunan ən əsas tədbirlərindən biridir:

"COP29 öz vəzifəsini uğurla yerinə yetirə bilər. Düşünürəm ki, Azərbaycan bu tədbirə uğurlu ev sahibliyi edəcək".