Putin qlobal iqtisadi artımın BRİKS ölkələrində cəmləşəcəyini proqnozlaşdırıb

26 Sentyabr 2024 16:33 (UTC+04:00)

XXI əsrdə qlobal iqtisadi artım BRİKS ölkələrində cəmləşəcək.

Bu barədə Rusiya prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi” beynəlxalq forumunun plenar iclasında bildirib.

Rusiya liderinin sözlərinə görə, çoxqütblü inkişaf modeli yaranır və qlobal iqtisadi artımın yeni dalğasını işə salır. O, fundamental Avropa və Amerika iqtisadiyyatlarının gücünü qeyd edərək, onların uzun müddət fəaliyyət göstərəcəyini əlavə edib.

“Ancaq yenə də əsas artım qlobal iqtisadiyyatda öz mövqelərini tədricən itirən Avropa və ya Şimali Amerikada deyil, BRİKS ölkələrində və bizim assosiasiyaya qoşulmaq istəyən dövlətlərdə cəmləşəcək”, - Putin bildirib.

Mövsüm

AzNews.az