Bundestaq Almaniyada miqrasiyaya möhlət verilməsinin vacibliyinə diqqət çəkib

26 Sentyabr 2024 17:26 (UTC+04:00)

Almaniyanın miqrasiyaya ara verməsi lazımdır.

Bu sözləri təhlükəsizlik departamentinin iclasında Xristian Demokratik İttifaqı (CDU) partiyasından Bundestaqın deputatı Aleksandr Trom deyib.

“Təhlükəsizlik paketinizdə Almaniyaya insanların axınını məhdudlaşdıran heç bir tədbir yoxdur. Və bizə fasilə lazımdır! 2022-ci ildən - sizin hökumət dövrünüzdən - biz sığınacaq, 1,2 milyon ukraynalı qaçqın, bütün ailələrin köçürülməsi və məskunlaşma proqramları, məsələn, Əfqanıstandan 700 min ilkin müraciət almışıq. Beləliklə, 2,5 il ərzində 2 milyon insan bizə müraciət edib”.

Siyasətçi qeyd edib ki, bu tendensiya “ölkənin həddindən artıq yüklənməsinə” gətirib çıxarır.

Mövsüm

AzNews.az