Blinken Rusiyanın nüvə doktrinasının yenilənməsini vaxtsız və məsuliyyətsiz adlandırıb

26 Sentyabr 2024 19:17 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken Rusiya prezidenti Vladimir Putinin sentyabrın 25-də bəyan etdiyi Rusiyada nüvə doktrinasının yenilənməsini vaxtsız və məsuliyyətsiz hesab edib.

Blinken sentyabrın 26-da ABŞ-ın MSNBC telekanalına deyib: “Bu, tamamilə məsuliyyətsizlikdir" .

Onun sözlərinə görə, Rusiyanın doktrinanı yeniləməsi vaxtında deyil, çünki bu, dünya liderlərinin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında toplaşaraq, digər məsələlərlə yanaşı, daha çox tərksilah və silahsızlanmanın zəruriliyini müzakirə etdiyi bir vaxtda baş verib.

Mövsüm

AzNews.az