Co Bayden Zelenski ilə görüşüb

27 Sentyabr 2024 15:12 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden sentyabrın 26-da Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.

Bu barədə C-SPAN məlumat yayıb.

Görüş zamanı Bayden Ukraynaya 2,4 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb . Bundan əlavə, Ağ Ev rəhbəri ABŞ Konqresinin artıq ayırdığı 5,5 milyard dolları Ukrayna tərəfinə köçürməyə söz verib.

“Birləşmiş Ştatlar Ukraynaya uzunmüddətli perspektivdə kömək edəcək ki, bu da ölkənin Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlüyünü təmin etmək, korrupsiyaya qarşı mübarizə aparmaq və Rusiyanın gələcək təcavüzündən müdafiə üçün kifayət qədər imkanları təmin etmək deməkdir”, -Co Bayden bildirib.

Mövsüm

AzNews.az