"ABŞ ilə eyni məqsədi daşıyırıq"

27 Sentyabr 2024 16:11 (UTC+04:00)

İsrail və Livan arasında davam edən müharibədə gərginlik günü-gündən artır.

Livana edilən hücumlara görə bir çox ölkə atəşkəsə çağırıb.

İsrailə yaxınlığı ilə tanınan ABŞ Fransa ilə birlikdə Livanda yaşayan mülki şəxslər üçün həyati əhəmiyyət kəsb edən “müvəqqəti atəşkəs” təklifini təqdim edib.

ABŞ-ın təşəbbüsü İsrailin baş naziri Binyamin Netanyahudan mülayim cavab alıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxış etmək üçün Nyu Yorka gedən Netanyahunun Livanda 21 günlük müvəqqəti atəşkəsi nəzərdə tutan ABŞ-Fransa birgə təşəbbüsünə qarşı münasibəti yumşalıb.

İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamada, "ABŞ bu həftənin əvvəlində beynəlxalq və regional tərəfdaşları ilə Livanda atəşkəs təklif etmək niyyətini çatdırdı. İsrail də ABŞ-ın şimal sərhədindəki vətəndaşların sağ-salamat evlərinə qayıtması üçün təşəbbüsünü bölüşür”,- deyə qeyd edilib.

Bəyanatda regionda sabitlik və təhlükəsizlik üçün ABŞ-ın rolunun qaçılmaz olduğu və buna görə də İsrailin ABŞ-ın bu məqsəddəki rolunu yüksək qiymətləndirdiyi bildirilib.