Husilər "Fələstin 2" raketi ilə Təl-Əvivdə hərbi hədəfə zərbə endirildiyini açıqlayıb.

27 Sentyabr 2024 17:00 (UTC+04:00)

Yəmənli husilər hərbi əməliyyat keçirərək, İsrailin Tel-Əvivdəki (Yaffa bölgəsi) hərbi hədəfini "Fələstin-2" ballistik raketi ilə vurublar.

Bu barədə Yəmənin şimalında hakim olan Ənsar Allah hərəkatının (husilər) nümayəndəsi məlumat verib.

“Yəmən Silahlı Qüvvələri işğal altındakı Yaffa (Təl-Əviv) bölgəsində İsrail ilə əlaqəli hərbi obyektə Fələstin 2 ballistik raketi, eləcə də işğal olunmuş ərazilərdə mühüm hədəfə hücum edərək hərbi əməliyyat keçirib ",- deyə Husilərin hərbi nümayəndəsi Yəhya Sariyanın Teleqram kanalında qeyd olunub.

Onlar həmçinin qeyd ediblər ki, Yəmən ordusu Fələstin və Livan xalqlarına dəstək məqsədilə İsrailə qarşı daha da böyük hərbi əməliyyatlar keçirmək niyyətindədir.

Mövsüm

AzNews.az