Finlandiya NATO quru qüvvələrinin qərargahını Rusiya ilə sərhəddə yerləşdirə bilər

27 Sentyabr 2024 17:02 (UTC+04:00)

Şimali Atlantika Alyansının (NATO) Şimali Avropadakı quru qüvvələrinin qərargahı Rusiya-Finlandiya sərhədinə yaxın yerləşən Mikkelidə yerləşəcək.

Bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen keçirdiyi brifinqdə məlumat verib.

"Finlandiyanın milli müdafiəsi və NATO müdafiəsi normal və fövqəladə hallarda problemsiz əməkdaşlıq edə bilməlidir",- deyə Finlandiyanın Yle nəşri onun sözlərini sitat gətirib.

O, qeyd edib ki, Mikkelidə artıq Finlandiya Müdafiə Qüvvələrinin quru qoşunlarının qərargahı var.

Hakkanen vurğulayıb ki, qoşunların yerləşdirilməsi “heç bir halda düşmənçilik hərəkəti və ya qarşıdurma deyil”.

Bu barədə rəsmi qərarın 2025-ci ildə NATO müdafiə nazirlərinin toplantısında veriləcəyi bildirilir.

Mövsüm

AzNews.az