ABŞ-ın Florida ştatında Helen qasırğası səbəbindən 1 milyondan çox ev işıqsız qalıb.
Bu barədə ABŞ-ın “PowerOutage” elektrik enerjisini izləmə saytında dərc edilmiş məlumatda qeyd edilib.
Təbiət hadisəsi səbəbindən cənub-şərq ştatlarında (Florida, Corciya, Cənubi Karolina və Şimali Karolina) ümumilikdə 4 milyon ev təsərrüfatı elektrik enerjisindən məhrum olub.
Qeyd edək ki, ştatın qərb sahillərində 3 m-ə qədər tufan dalğası xəbərdarlığı hələ də qüvvədədir.
Mövsüm
AzNews.az