Macarıstan Ukrayna böhranının həlli üzrə “Sülh Dostları” qrupuna qoşulub – rəsmi

27 Sentyabr 2024 19:35 (UTC+04:00)

Budapeşt Qlobal Cənub ölkələri tərəfindən yaradılmış Ukrayna böhranının həlli üzrə Sülh Dostları qrupuna qoşulur.

Bu barədə Macarıstan baş nazirinin sözçüsü Zoltan Kovacs ölkənin baş diplomatına istinadən bildirib.

"Macarıstan cümə günü Nyu-Yorkda Çin və Braziliyanın rəhbərlik etdiyi ilk iclasını keçirən Sülh Dostları qrupuna qoşulur, xarici işlər naziri Peter Siyarto bildirib. Qrupun əsas mesajı müharibəni bitirmək üçün sülh danışıqlarına təcili başlamaq zərurətidir", - o, X sosial media platformasında yazıb.

Mövsüm

AzNews.az