Zelenski ilə Trampın görüşü başlayıb

27 Sentyabr 2024 20:24 (UTC+04:00)

“ABŞ prezidentliyinə hər iki namizədlə görüşməyi ona görə istədim ki, Ukraynadakı müharibə noyabrda da bitməyəcək”.

APA-nın CNBC-yə istinadən xəbərinə görə, bunu ABŞ-nin 45-ci Prezidenti Donald Trampla görüşündə Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.

“Noyabrda amerikalılar öz prezidentini seçəcək, biz isə o vaxtadək Rusiyanı və Vladimir Putini dayandıra bilməyəcəyik. Başa düşürük ki, bu dövrdən sonra Rusiya-Ukrayna münaqişəsi üzrə müəyyən qərar qəbul etməliyik”.

D. Tramp isə bildirib ki, seçkidə qalib gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfi qane edəcək həll variantının tapılmasına çalışacaq.

Onun sözlərinə görə, bu istiiqamətdə kifayət qədər çox səy göstərməyə ehtiyac var.