Rusiya və Konqo neft kəmərinin tikintisi üçün birgə müəssisə yaradacaq

27 Sentyabr 2024 20:40 (UTC+04:00)

Konqo və Rusiya bir ay ərzində Pointe Noire - Lutete - Maloukou-Trechot neft məhsulları boru kəmərinə xidmət göstərmək üçün birgə müəssisə yaradacaqlar.

Bu barədə Beynəlxalq əməkdaşlıq və dövlət-özəl tərəfdaşlıq naziri Denis Christel Sassou Nguesso TASS-a bildirib.

"Biz bu hökumətlərarası sazişi imzalamaqla ilk addımı atacağıq. Lakin bundan sonra onun dördüncü maddəsində nəzərdə tutulduğu kimi, birgə müəssisə yaradılacaq ki, burada artıq dövlət başçıları tərəfindən təyin edilmiş qurumlar səlahiyyətli şirkətlər qismində çıxış edəcəklər. Sabah isə icra başçıları səlahiyyətli şirkətlər arasında müvafiq saziş imzalanacaq ki, bu da onların işə daha tez başlamasına imkan verəcək”, - nazir bildirib.

Mövsüm

AzNews.az