Şəmkirdə ağır yol qəzasında üç nəfər xəsarət alıb

29 Sentyabr 2024 21:47 (UTC+04:00)

Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzNews.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü E.Süleymanov, 1990-cı il təvəllüdlü R.Quliyev və 1979-cu il təvəllüdlü E.Quliyev xəsarət alıb və hər üç şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.