Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

29 Sentyabr 2024 23:13 (UTC+04:00)

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

AzNews.az xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.