ABŞ-da “Helen” qasırğası nəticəsində ölənlərin sayı 110 nəfəri ötüb

30 Sentyabr 2024 14:39 (UTC+04:00)

ABŞ -da "Helen" qasırğası nəticəsində ölənlərin sayı 110-u keçib.

Bu barədə "CBS News" məlumat yayıb.

“Helen qasırğası ən azı 116 nəfərin həyatına son qoyub və geniş dağıntılara səbəb olub”, - nəşr bildirib.

Bildirilir ki, Şimali Karolinada 46, Corciyada ən azı 25, Cənubi Karolinada 27, Floridada 10, Tennessidə isə bir nəfər ölüb.

Mövsüm

AzNews.az