Netanyahudan İrana xalqına mesaj: Bu, düşündüyünüzdən çox yaxındır

30 Sentyabr 2024 19:32 (UTC+04:00)

İsrailin baş naziri Benyamin Netanyahu sosial media hesabında İran xalqına müraciət edən videomüraciət yayıb.

Netanyahu mesajında, "İran nəhayət azadlığa qovuşduqda - bu, hazırda düşündüyünüzdən çox daha yaxındır - hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülhə qovuşacaq" ,-deyə qeyd edib.

Mövsüm

AzNews.az