İsveçrə-İtaliya sərhədi dəyişir

30 Sentyabr 2024 19:34 (UTC+04:00)

İsveçrə ilə İtaliya sərhədi Alp dağları hissəsində iki ölkənin qurduğu müştərək komissiyanın qərarı ilə "bir neçə metr" dəyişəcək.

Sərhəd xəttinin dəyişdirilməsi ideyası iqlim dəyişikliyi ilə əlaqədar Alp dağlarının Cervino-Matterhorn bölgəsindəki Rosa Yaylası buzlaqının əriməsi səbəbindən illərdir müzakirə olunur.

Ötən il iki ölkə arasında birgə komissiya təklifi qəbul edib.

İsveçrə administrasiyası bu məsələ ilə bağlı razılaşmanı ötən cümə günü təsdiqləyib. İndi İtaliya tərəfinin razılığı gözlənilir. Müqavilə bəzi nöqtələrdə sərhədin bir neçə metr İtaliyaya doğru dəyişdirilməsini və İsveçrənin ərazisinin genişləndirilməsini nəzərdə tutur.

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və Avropa İttifaqının iqlim agentliyi Kopernik hesab edir ki, dünyada ən sürətlə istiləşən qitə Avropadır.

Qeyd edək ki, Alp dağlarında ölkə sərhədlərinin yenidən cızılması son illərdə iqlim dəyişikliyinin təsiri ilə qitədəki buzlaqların kütləsinin itirilməsi səbəbindən gündəmə gəlib.

Mövsüm

AzNews,az