İsrail tezliklə Hizbullaha qarşı əməliyyatın "növbəti mərhələsinə" başlayacaq - müdafiə naziri

30 Sentyabr 2024 21:27 (UTC+04:00)

İsrailin müdafiə naziri Yoav Qallant İsrailin Livanda yerləşən Hizbullah hərəkatına qarşı hərbi əməliyyatının növbəti mərhələsinin tezliklə başlayacağını açıqlayıb.

Onun sözlərinə görə, bu, Hizbullahın Livan ərazisindən davamlı atəşə tutması nəticəsində təxliyyə edilmiş sakinlərin İsrailin şimalındakı sərhədyanı icmalarına qayıtması üçün şəraitin yaradılmasında mühüm rol oynayacaq.

İsrailin şimal sərhəd icmalarının merləri ilə danışan Qallant deyib: "Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq. Bu, təhlükəsizlik vəziyyətinin dəyişməsində əhəmiyyətli bir amil olacaq". O əlavə edib ki, bu, sakinlərin öz evlərinə qayıtması kimi mühüm missiyanı tamamlayacaq. “Biz vəziyyəti dəyişəcəyik və sakinləri evlərinə qaytaracağıq”,- o əlavə edib.

Mövsüm

AzNews.az