Aİ xarici işlər nazirləri Livan gündəliyi ilə bağlı növbədənkənar iclas keçirib

30 Sentyabr 2024 21:55 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Livan gündəliyi ilə bağlı növbədənkənar onlayn iclasda bir araya gəlib.

Avropa İttifaqının xarici işlər nazirləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin sədrliyi ilə onlayn görüş keçirib.

Aİ Şurasının verdiyi açıqlamada görüşün qeyri-rəsmi formatda keçirildiyi, bu səbəbdən heç bir qərarın alınmayacağı və bunun yalnız məsləhətləşmə xarakteri daşıdığı bildirilib.

İsrailin Livana hücumlarını gücləndirdikdən sonra Livanın yeni bir "Qəzza"ya çevrilməsinin qarşısının alınması lazım olduğunu dəfələrlə vurğulayan Borrell, keçən həftə Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində bu mövzuda çoxsaylı görüşlər keçirdi.

Digər tərəfdən, Aİ-nin nüfuzlu üzvləri, Almaniya və Fransa da İsraildən Livandakı hücumlarını dayandırmasını tələb edən mesajlar alıb.

Mövsüm

AzNews.az