Kim Çen In fəlakətin ortasındadır! Şimali Koreyada təbii fəlakət zonası yenidən qurulur

30 Sentyabr 2024 22:01 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen Inın iyul ayında ölkənin şimal-qərbində baş verən daşqınlardan sonra aparılan işləri yoxlamaq üçün fəlakət bölgələrinə səfər etdiyi bildirilib.


Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumat yayıb.

Daşqınlardan zərər çəkmiş ərazilərdə davam edən işləri yoxlayan Kim, "Fəlakətdən zərər çəkənlərin əziyyətini yüngülləşdirməyə təcili ehtiyac olduğunu" vurğulayıb.

Kim deyib: "Seldən zərər çəkənlərin əziyyətini yüngülləşdirmək və daşqından zərər çəkmiş ərazilərdə istehsal və yaşayış şəraitini normal səviyyəyə qaytarmaq partiya və hökumətin hazırkı dövrdə ən aktual vəzifəsidir".

Şimali Koreyanın şimal-qərbində yerləşən Sinuiju şəhərində iyul ayında Şimali Koreya-Çin sərhədindəki Yalu çayının leysan yağışlar səbəbilə daşması nəticəsində bölgədə qapalı qalan 5 mindən çox insan təxliyə edilib.

Mövsüm

AzNews.az