ABŞ İsraili qorumaq üçün Yaxın Şərqə əlavə qüvvələr göndərəcək

30 Sentyabr 2024 23:11 (UTC+04:00)

ABŞ təhlükəsizliyi gücləndirmək və “ zərurət yaranarsa, İsraili müdafiə etməyə hazır olmaq” üçün Yaxın Şərqə bir neçə min əlavə əsgər göndərəcək.

Bu barədə Pentaqonun bəyanatına istinadən Associated Press (AP) məlumat yayıb.

Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, artan iştirak bir neçə döyüş təyyarəsi eskadrilya tərəfindən təmin ediləcək. Eyni zamanda, bölgədəki qoşunların ümumi sayı 43 min nəfərə yüksələcək.

Əlavə döyüş qüvvələrinə F-15E Strike Eagle, F-16, A-10 və F-22 qırıcı təyyarələrinin eskadrilyaları, eləcə də onları saxlamaq üçün lazım olan şəxsi heyət daxil olacaq.

Mövsüm

AzNews.az