Azərbaycan XİN Çini təbrik edib

1 Oktyabr 2024 09:33 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çini Milli Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

"Çini və onun xalqını Milli Gün münasibətilə ürəkdən təbrik edir və ən xoş arzuları çatdırırıq. Milli Günün mübarək, Çin", - paylaşımda qeyd olunub.