Livanın Hizbullah hərəkatı İsrail Müdafiə Qüvvələrinin (IDF) 8200 kəşfiyyat bölməsinin Qlilot bazasına və Mossad kəşfiyyat xidmətinin qərargahına raket hücumu təşkil etdiyini açıqlayıb.
“İslam müqaviməti İsrail ordusunun 8200-cü kəşfiyyat bölməsinin Qlilot bazasına və Təl-Əviv ətrafında yerləşən Mossad qərargahına Fadi-4 raketləri ilə hücum edib”, - deyə Teleqram kanalında yayılan bəyanatda bildirilir.
Hərəkat nümayəndələrinin sözlərinə görə, zərbələr İsrail hərbçilərinin mülki əhaliyə hücumlarına cavab olaraq, həmçinin Qəzza zolağına dəstək məqsədilə həyata keçirilib.
Mövsüm
AzNews.az