ABŞ İsrailin Livan Hizbullahına hücumundan sonra Yaxın Şərqə əlavə ABŞ Hərbi Hava Qüvvələri qırıcıları yerləşdirir.
Bu barədə ABŞ rəsmilərinə istinadən "Air & Space Forces Magazine" məlumat yayıb.
"ABŞ bölgəyə əlavə üç qırıcı və hücum təyyarəsi eskadronu - bir F-16 Fighting Falcon eskadronu, bir F-15E Strike Eagle eskadronu və bir A-10 Thunderbolt II eskadronu göndərəcək", - məlumatda bildirilib.
Bundan əlavə, ABŞ bölgədəki qırıcıların və hücum təyyarələrinin sayını artırmaq üçün Yaxın Şərqdə mövcud aviasiya bölmələrinin yerləşdirilməsini də genişləndirir.
Mövsüm
AzNews.az