İran XİN İsraili Hizbullah liderinin öldürülməsinə cavab verəcəyi ilə hədələyib

1 Oktyabr 2024 15:20 (UTC+04:00)

İran İsrailin Hizbullah hərəkatının liderləri Həsən Nəsrullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Abbas Nilforuşanı öldürülməsinə cavab verəcək.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

“İran İsrailin heç bir təcavüz aktına məhəl qoymayacaq. İsrail cinayət törətdikdən sonra regional müqavimət qüvvələrinin, İran qüvvələrinin və xalqının cəzasından heç vaxt xilas olmayacaq”, - diplomat bildirib.

O, İranın qəti addım atacağını vurğulayıb.

Mövsüm

AzNews.az