İsrailin baş naziri Benyamin Netanyahu açıqlamasında İran xalqını öz hökumətinə qarşı təhrik edib.
Netanyahu açıqlamasında “Rejiminiz sizi uçuruma yaxınlaşdırır” deyib. O, “ Yaxın Şərqdə İsrailin çata bilməyəcəyi yer yoxdur ”,- deyə qeyd edib.
Netanyahu İran xalqına videomüraciətində deyib: “ Bu tarixi məqamda mən birbaşa, vasitəçi olmadan İran xalqına müraciət etmək istəyirəm. Ey əzəmətli fars xalqı, rejiminiz sizi hər an uçuruma yaxınlaşdırır " ,- deyə vurğulayıb.
İsrailin İran xalqı ilə həmrəy olduğunu iddia edən Netanyahu sözlərini belə davam etdirib:
“İran nəhayət azad olanda və o an insanların düşündüyündən də tez gələcək, hər şey başqa cür olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı, nəhayət, sülh içində olacaq. İki ölkəmiz, İsrail və İran sülh içində olacaqlar. Həmin gün gələndə rejimin beş qitədə qurduğu terror şəbəkəsi iflas edib parçalanacaq”.
Mövsüm
AzNews.az